Parisdə bu səbəbə görə ictimai nəqliyyat pulsuz oldu

Parisdə bu səbəbə görə ictimai nəqliyyat pulsuz oldu
Şou-biznes 1295

Sevgililər şəhəri Paris ekoloji təhlükə ilə üz-üzədir.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, romantik insanların şəhərində havanın çirklənmə səviyyəsi belə demək mümkünsə, rekord səviyyədədir.

Yerli hakimiyyət orqanları təcili olaraq, havanın maksimim dərəcədə təmizlənməsi üçün tədbirlər görməkdədir. 

Bunun üçün yeni layihə hazırlanıb. İdeyaya əsasən, yerli əhalinin şəxsi avtomobillərdən istifadə etməməsi üçün ictimai nəqliyyatı bir neçə günlük pulsuz ediblər.

Hətta həmin günlərdə icarə velosipedlər, elektromobillər də əhalinin xidmətinə pulsuz veriləcək.

Bu yaxınlarda isə Parisdə yeni qanun qüvvəyə minəcək. Yeni qanuna əsasən, köhnə və çirkli maşınların səhər saat 8-dən axşam 8-dək şəhərə buraxılışı qadağan ediləcək. 

Şəhər meriyası bunun əvəzində həmin avtomobillərin sahiblərinə elektrik avtomobillərini ucuz qiymətə təqdim edəcək.

Planda həmçinin 2025-ci ilə kimi bütün dizel yanacağı ilə işləyən avtomobilləri yığışdırmaqdır.

Aysel.Ş

BAKU.WS

Oxşar xəbərlər

Jurnalistlərə güzəştli kartlar veriləcək

Jurnalistlərə güzəştli kartlar veriləcək

Jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi gerçəkləşir. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Nuridə Allahyarov...

1210 Sosial 16:21 25 oktyabr 2016

Son xəbərlər