Tarkanın həyat yoldaşı evləndikdən sonra ilk dəfə danışdı (FOTO)

Tarkanın həyat yoldaşı evləndikdən sonra ilk dəfə danışdı (FOTO)
Şou-biznes 2623

Tarkanın yeddi günlük açıq hava konsertini izləyənlər arasında həyat yoldaşı Pınar Dilek də olub.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, P.Dilek ilk dəfə jurnalistlərə müsahibə verib. 

"Bütün sevən və evlənən insanlar kimi mən də həyəcanlıyam. Tarkandan evlilik təklifi almağım mənim üçün gözlənilməz olmadı. Çünki uzun müddətdir davam edən münasibətimizi nəhayət, evliliklə nəticələndirdik. Beş illik münasibətimiz var” – deyə Pınar bildirib:

"Tarkan pərəstişkarı ilə evləndi” - kimi xəbərlərə münasibət bildirən P.Dilek "yazıldığı kimi deyil, böyük bir eşqin nəticəsində evləndik, keçən müddəti sizə deyə bilmərəm, çox gözəl şeylər yaşandı”, - açıqlamasını verib.

"Evdəki Tarkan necədir?” -  sualına isə P.Dilek "çox təbii, çox incə, düşüncəli. Bayırda necədirsə evdə də eynidir” cavabını 

Bir neçə ay öncə burnunda rinoplastika əməliyyatı etdirən P. Dilek gecə boyu nişan üzüyü və brilliyantları ilə də diqqət çəkib.  

Onun fotolarını oxuculara təqdim edirik:

Aysel.Ş

BAKU.WS

Oxşar xəbərlər

Tarkan iş adamının nikah şahidi oldu (FOTO)

Tarkan iş adamının nikah şahidi oldu (FOTO)

Bu ilin aprelində gözlənilmədən nikah masasına əyləşən Tarkan, bu dəfə dostunun nikah şahidi olub. BAKU.WS Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni...

1353 Şou-biznes 11:35 29 avqust 2016

Son xəbərlər