Tarkan və həyat yoldaşı toydan sonra ilk dəfə görüntüləndi (FOTO)

Tarkan və həyat yoldaşı toydan sonra ilk dəfə görüntüləndi (FOTO)
Şou-biznes 2811

 

Uzun müddətdir sevgili olduğu Pinar Dileklə Almaniyada sürpriz şəkildə evlənən meqastar Tarkan Türkiyəyə geri dönüb.

BAKU.WS məlumat verir ki, ötən gün müğənni həyat yoldaşı Pınar Dileklə hava limanında jurnalistlərin obyektivinə tuş gəliblər. 

Cütlük mətbuat nümayəndələrinin foto çəkməsinə etiraz etməyib. Tarkan jurnalistlərin suallarını da cavabsız qoymayıb: 

"Toydan sonra evimizə qayıtdıq. Hələ bal ayına çıxmamışıq. Bir az yorğunuq. Başqa zaman uzun söhbət edərik. Siz də həyəcanlısınız, mən də"-, deyə müğənni mətbuat nümayəndələrinə üzürxahlıq edib. 

BAKU.WS

Oxşar xəbərlər

Tarkanın toydan yeni FOTOLARI

Tarkanın toydan yeni FOTOLARI

Ötən həftə uzun müddətdir sevgili olduğu Pinar Dileklə ailə quran meqastar Tarkanın toyundan yeni fotolar yayılıb. BAKU.WS məlumat verir ki, Almaniyada baş tu...

2334 Şou-biznes 17:54 09 may 2016

Son xəbərlər