Tarkan toyunda erməninin tikdiyi kostyumu geyinəcək (FOTO)

Tarkan toyunda erməninin tikdiyi kostyumu geyinəcək (FOTO)
Şou-biznes 1934

 

Ötən həftə gizli evlənən Tarkanın nikah mərasimindən yeni fotolar yayılıb. 

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, uzun müddətdir sevgili olduğu Pinar Dileklə sadə nikah mərasimi ilə evlənən pop ulduzun toyu 6 may tarixində baş tutacaq. "Hüriyyet"-ə açıqlamasında gizli evlənməyinə aydınlıq gətirən sənətçi bunu ölkədə ard-arda baş verən terror hadisələri ilə əlaqədar olduğunu bildirib. 

Tarkanın nikah günündən yayılan yeni fotolarda göründüyü kimi mərasim ailə arasında və yaxın dostların iştirakı ilə baş tutub. Gəlin Pinar Dilek nikahı günü sadə ağ libasa üstünlük verib. 

Bundan əlavə, mətbuatda toyunda Tarkanın Türkiyənin məşhur dizayneri Levon Kordonciyanın tikdiyi kostyumu geyinəcəyi ilə bağlı iddialar yer alıb. 

Qeyd edək ki, əslən erməni olan Kordonciyanlar ailəsi Mustafa Kamal Atatürkün də geyindiyi kostyumların müəllifləri olublar.

BAKU.WS

Oxşar xəbərlər

Tarkan niyə gizlin evləndi? - SƏBƏB

Tarkan niyə gizlin evləndi? - SƏBƏB

Gizlin evlənən Tarkanın tələsik addım atmasının səbəbi məlum olub. BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, uzun müddətdir sevgili olduğu Pınar...

1288 Şou-biznes 20:03 02 may 2016

Son xəbərlər