İsti havalar qayıdır - Bakıda 35° isti olacaq

İsti havalar qayıdır - Bakıda 35° isti olacaq
Şou-biznes 2538

 

Sabah Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, iyulun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun yarımadada gecə 21-24° isti, gündüz 31-36° isti, Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 50-55% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°,Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

İyulun 14-də Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq

Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq

Sabah Azərbaycan ərazisində hava əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilə...

3273 Şou-biznes 13:15 12 iyul 2017

Son xəbərlər