İstanbulda terror zamanı ölən Ritanın tükürpədən son yazısı
İstanbulda Yeni il əyləncəsini qana bulayan qorxunc terror aktı zamanı həyatını itirənlərdən biri olan livanlı məşhur iş adamı İlyas Şaminin qızı Rita Şami öləcəyini təxmin edibmiş.
Milli.Az xəbər verir ki, Ritanın İstanbula gəlmədən əvvəl Facebook-da paylaşdığı maraqlı bir mesaj ortaya çıxıb.
Anasını dörd ay əvvəl xərçəngdən itirən 26 yaşlı Rita Şami Facebook-da: "Ümid edirəm ki, (Türkiyədə) əylənəcəyik. Ən pis halda isə bir partlayışda ölüb, anamın yanına gedərəm", - yazıb.
Livan mətbuatına Ritanın atası: "Onun getməməsi üçün çox çalışdım, amma yoldaşlarıyla birlikdə (Türkiyəyə) getməyə qərar verdi", - deyib.
BAKU.WS
Oxşar xəbərlər
"Reina"da ölən oğlanın nişanlısından ürəksızladan sözlər - FOTO
İstanbulda "Reina" gecə klubunda törədilən terror aktı nəticəsində ölən 39 nəfərdən 38-nin şəxsiyyəti müəyyənləşib. Milli.Az "Milliyet"ə istinadla bildirir ki,...