"Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasında SORĞU: "Kömək etmək istəyirik, amma..."
17
dek
2018
15:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Nargis fund”un təşkilatçılığı ilə Bakıda ənənəvi "Soyuq əllər, isti ürək" yarmarkası keçirilməkdədir. 6-cı dəfə təşkil olunan xeyriyyə yarmarkası həm şəhər sakinlərinin, həm də ölkəmizə gələn turistlərimizin böyük marağına səbəb olub. Məlumat üçün bildirək ki, yarmarka məhz xeyriyyə məqsədi ilə təşkil olunub. Belə ki, buradan toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə və əməliyyatlarına sərf olunacaq. BAKU.WS olaraq yarmarka ziyarətçiləri arasında sorğu keçirdik və onların "Soyuq əllər, isti ürək" haqda nə qədər məlumatlı olduqlarını öyrənməyə çalışdıq. Şəhər sakinləri fərqli cavablar səsləndirdi. Kimi xeyriyyə yarmarkasında artıq alış-veriş etdiyini, kimi isə "fast food" vasitəsi ilə yardım etmək istəmədiyini qeyd etdi. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Möcüzəni öz əllərinizlə yaradacaqsınız. “Soyuq əllər, isti ürək”
Bu il dekabr ayının 1-dən 2019-cü il yanvar ayının 6-na qədər artıq ənənə halını almış “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası qapılarını Skandinaviyanın q...