"Son zəng"də məktəbə yox, qəbiristanlığa getdilər - FOTO
Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Laçın rayonu, 45 saylı orta məktəb də bu il "Son zəng" çalınmayıb.
BAKU.WS a24.az-a istinadən xəbər verir ki, buna səbəb "Son zəng"ə bir neçə gün qalmış 11-ci sinif şagirdi İsmayıl Quliyevin dünyasını dəyişməsidir. Müəllimləri və sinif yoldaşları onun tərbiyəli uşaq olduğunu və məktəbdə aktiv şagird kimi tanıdıqlarını elə onun məzarı üstündə qeyd ediblər.
Sinif rəhbəri Xəyalə Əsədova şagirdinin dərslərdə fəal iştirak etdiyini vurğulayıb: "Baxmayaraq, son bir ildə xəstəlik üzə çıxmışdı, amma ürəyi məktəblə döyünürdü . Məkətəbə çox bağlı bir insan idi. Dostları arasında hörməti olan şagirdlərimizdən idi..."
Qeyd edək ki, ikinci qrupa hazırlaşan İsmayıl xərçəng xəstəliyinə yoluxubmuş. 2 iyun axşamı dünyasını dəyişən şagirdin sinif yoldaşları, məktəbin direktoru Şakir Əhmədov və məktəbin müəllim kollektivi bu günü məktəbə yox, onun məzarına yığışıblar. Bütün tədbirləri ləğv edib, İsmayılı anıblar.
BAKU.WS
Oxşar xəbərlər
20 nömrəli məktəb köçürülür
"20 nömrəli məktəb sökülüb, yerində daha müasir, yeni və arxitektura baxımında çox gözəl bir bina inşa edilib". BAKU.WS-in APA-ya istinadən verdiyi xəbərə gör...