"Səni axtarıram”dakı qalmaqaldan sonra Xoşqədəmin daha bir videosu yayıldı: "Mənə iynə vurun" (VİDEO)
Aparıcı Xoşqədəm Hidayətqızının yeni videosu yayılıb.
Videoda aparıcının halının pisləşdiyinin şahidi oluruq.
Görüntülərdən məlum olur ki, video həmin gün, yəni Səməddin kişinin yarım kub iynə vurularaq yatızdırıldığı, xərəkdə studiyaya gətirildiyi gün çəkilib. Məlum hadisələrdən sonra X.Hidayətqızının halı pisləşir və təzyiqi aşağı düşür. O, studiyadakı həkimə müraciət edərək özünə iynə vurulmasını xahiş edir, sonra isə bu istəyindən imtina edərək iynəni vurdurmur. Ətrafdakılardan su istəyən, lakin içməyən Xoşqədəm xanımın bu hərəkətləri izləyicilər tərəfindən növbəti şou adlandırılıb və sosial şəbəkələrdə tənqid və məzə obyektinə çevrilib. (BiG.AZ)
BAKU.WS
Oxşar xəbərlər
Xoşqədəmin qalmaqallı videosu ilə bağlı rəsmi açıqlama (VİDEO)
«2014-cü ildə olub-bitmiş kadr arxası məsələləri Meydan TV gündəmə gətirib və bəzi jurnalist dostlarımız da bu barədə bizdən açıqlama istəyir. Mən də deyirəm ki...