İsmayıl Əhmədov: “Elşad Mirinin təşəbbüsü o vaxt Peyğəmbərin də ağlına gəlib”
"İlahiyyatçı Elşad Miri dində islahatlar aparmaq istəyir".
Bu barədə ilahiyyatçı İsmayıl Əhmədov BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, islahatlar apararkən Məhərrəmlik haqqında təhqiramiz sözlər demək düzgün deyil.
"Elşad Miri çıxışlarından birində deyir "Həmişə arzu etmişəm ki, məscidlərimiz ancaq müəyyən vaxtlarda namaz qılınmaqla məhdudlaşmasın. İslam dini, sadəcə, namaz qılmaq kimi anlaşılmasın. Məscidlərin kitabxanası, üzgüçülük hovuzu, idman alətləri, istirahət yerləri, uşaqlar üçün oyun zalları və sair olsun. Azərbaycanımızda bu arzum həmişə gözümdə qalıb.
Çünki bir neçə gün sonra məscidlərimiz özünü çırpmaq yerinə çevriləcək. Məscidlərimizdəki imam və axundlardan tutmuş, ümumi vəziyyət göz qarşısındadır. Amma bəyənmədiyimiz halda az qala bütün texnogoliyalarından istifadə etdiklərimizin ölkələrində isə mənim arzuladıqlarımı bunlar artıq reallaşdırıblar”
İslamda ilk məscid Peyğəmbər tərəfindən hicrət ərəfəsində Quba adlanan məhəllədə inşa edilir. İkinci nisbətən böyük məsçid hicrət etdiyi Mədinə şəhərində inşa edilir ki, Peyğəmbərin evi də həmin məscidə bitişik idi. Həmin dövrdə məscidlərin fəaliyəti ibadətə, içtimai çətinliklərin həllinə və müsəlmanların maariflənməsinə xidmət göstərirdi. Həmin dövrlərdə də Peyğəmbər (s) müsəlmanları ox atmağa, at sürməyə sövq edər, uşaq tərbiyəsinə, onların istirahətinə və əylənməsinə xüsusi diqqət yetirərdi. Amma məscidlərdə deyil! Heç şübhəsiz ki, bu gün Elşad Mirinin təşəbbüsü o vaxt Peyğəmbərin də ağlına gəlib, amma o bunu məscidlərə aid etməmişdir. Bir haldaki edə bilərdi. Din və dini ayinlər insandan diqqət və ciddilik tələb edir. Kitabxanaların və oxu zalların olması bəyənilən təşəbbüsdür, bunu məndə dəstəkləyirəm. Lakin hovuz və istirahət yerləri məscidin mənəvi və ruhani dəyərini aşağı salır. Əgər Elşad Miri dində islahatlar aparmaq istəyirsə bunu daha məntiqi üsulla həyata keçirsin. Onun istehza ilə "bir neçə gün sonra məscidlərimiz özünü çırpmaq yerinə çevriləcək…” deməklə Məhərrəmlik mərasimlərini təhqir etməsinə gəlincə, belə atmacalardansa mərasimlər qeyd olunan məscidlərdə iştirak edib bunu başa salmağa çalılşsın və ya ən azından bu barədə sağlam düşüncəli çıxışlar hazırlasın. Mən Elşad Miriyə xatırlatmaq istərdim ki, Allah Öz peyğəmbərinə Məkkə müşriklərinin bütlərini təhqir və istehza etməməyi əmr edər və onlarla məntiq və xoğ sözlərlə danışmağı əmr edərdi”.
BAKU.WS
Oxşar xəbərlər
Tanınmış ilahiyyatçıdan təklif: “Hamilə qadınlar üçün xüsusi vaqonlar ayrılsın”
Son günlər Bakı metrosunda qadınlarla kişilərin ayrı-ayrı qatarlarda getməsilə bağlı məsələ müzakirə olunur. Bununla bağlı tanınmış ilahiyyatçı İsmayıl Əhmədov...