Siqareti tərgitmək üçün 7 dəyərli məsləhət (VİDEO)

Siqareti tərgitmək üçün 7 dəyərli məsləhət (VİDEO)
Video
Şou-biznes 4007

Manatın dollara nisbətən 50 faiz ucuzlaşması səbəbindən paytaxtda satılan siqaret və tütün məmulatları da bahalaşıb. Bu səbəbdən siqaret alışqanlığı olan bir çox insan onu tərgitmək istəyir. BAKU.WS-in məlumatına görə, sosial şəbəkələrdə siqaret çəkənlərin çoxu qiymətlərin kəllə-çarxa qalxmasından şikayətlənir. Onlar siqareti atmaq üçün bir çox vasitələr axtarırlar. "Siqareti tərgitmək asandır, mən özüm yüz dəfə tərgitmişəm”. Məşhur yazıçı Mark Tven öz dostlarına belə deyərdi. Həqiqətən, yəqin ki, siqaret çəkənlərin hamısı bir dəfə də olsa onu tərgitməyə, bu öldürücü vərdişlə mübarizədə qalib gəlməyə cəhd edib. Lakin şərait eldə gətirib ki, yenidən çəkməyə başlayıb.

Bu gün biz sizə bir daha siqareti tərgitməyə çalışmağın lazım olduğu barədə danışacağıq.

İlk növbədə insan öz iradəsinə hakim olmağı bacarmalıdır. Hər gün siqaretin zərərləri haqqında yazılar oxumalı, videolara, şəkillərə baxmalıdır. Siqaretçəkmənin nəticəsində əmələ gələn, əzabverici, işgəncəli ölümə səbəb olan ağciyər, mədə, dil, dodaq, qırtlaq xərçəngi və s. xəstəliklər haqqında oxumalıdır. Siqareti, hətta cibindəki siqaret qutusunu çixarıb ayaq altında əzib və bir daha əlinə siqaret almamaqla da atmaq olar. Yadda saxlayın!!! El arasında gəzən yalnış fikirə inanmayın, hansı ki, deyirlər siqareti bu cür atmaq orqanizmə ziyandır. Siqareti tərgitməyin orqanizmə heç bir ziyanı yoxdur!!!

Siqaretin heç biri sakitləşdirici təsiri yoxdur!!! Bu yalnız psixioloji təsir edərək, haradasa fikiri stressə səbəb olan amildən müvəqqəti yayındırmaqla kömək edir. Bu isə insanin özünü aldatmaqdan başqa bir şey deyildir!

Siqareti tərgitməyi qərar vermək problemin böyük ölçüdə həlli deməkdir !!!

Biz sizə ən populyar üsulları təqdim edirik. 1. Nikotin əvəzinə nikotin- nikotin tərkibli tabletlər, plastırlar, saqqızlar, şirnilər(ledençı)-siqaret tərgitməkdə ən effeqtli üsulardan biridir. Siqaret tüstüsunun tərkibində 100-lərlə zərərli maddələr olmasına baxmayaraq, asılılıq yaradan təkcə nikotindir! Nikotin tərkibli ən məşhur preparat nikorette-dir. Bu preparatın sizə uyğun olan formasını seçməklə, istifadə edə bilərsiniz. Çox effeklidir, əgər insan həqiqətən də siqareti atmağı qarşısına məqsəd qoymusunuzsa!

2. Kompromiss- bu tədricən çəkilən siqaretlərin azaldılmasıdır. Məsələn, əgər siz günə bir qutu papiros çəkirsinizsə, özünüzə bu sxemi tərtib edə bilərsiniz: 1-ci 3 gün ərzində hər gün 1 papiros azaldın. Belə ki, 3 gündən sonra 17 siqaretə çatırsız. Növbəti 3 gün hər günə 2 papiros azaldın. Yəni, siqareti atmağa başladığınız 6-cı gün 11 siqaretdən çox çəkməməlisiz! Növbəti 3 gün 10 papiros çəkin. Sonra hər gün 1 papiros azaltmaqla, 1-2 papirosa qədər azaldın. Sonra ümumiyyətlə, çəkməməyə cəhd edin, dözülməz həddə (hərçənd burda dözülməz bir şey yoxdur).

3. Əvəzləmə - axırıncı papirosu çəkib, bir daha əlinə siqaret götürməyəcəyinə söz verib, fikrini yayındırmaq üçün müxtəli şirniyyat (sorma) növlərindən, saqqızlardan istifadə etmək olar. Həqiqətən də bu bir çox insanlara kömək edir.

4. Siqaret çəkənlərdən mümkün qədər uzaq olun! Siqareti atma mərhələsində bu çox vacibdir. Siqaret çəkən dostlarınıza da siqareti atmağı təklif edərək, özünüzün bu işi başladığınızı deyin və xahiş edin ki, sizin yanınızada siqaret çəkməsin.

5. Mükafat - Bir aylıq siqaretə xərcəliyiniz pulları toplayaraq ayın sonunda özünüzə söz verdiyiniz mükafatı ala bilərsiniz.

6. Elektron siqaret - bəzi insanlarda fiziki asılılığı ardan qaldırmaq üçün bu üsul da köməkçi ola bilər.

7. Təcrübədən istifadə - ətrafınızda tanışlardan siqareti tərgidənlər varsa, onların təcrübəsindən də yararlana bilərsiniz. Bu həm, mənəvi dəstək, həm də insan da özünə inam da yaratmış olur. Ziya Babayev

BAKU.WS

Son xəbərlər