Şəhidin xanımı: “Deyirdi ki, 30 yaşımda öləcəm" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şəhid Nurlan Zeynalovun ailəsi "Bizimləsən" proqramının qonağı olub.
BAKU.WS xəbər verir ki, şəhidin atası övladı haqda danışaraq bunları deyib:
"Oğlumla fəxr edirəm. Özüm birinci Qarabağ müharibəsi veteranıyam. Həmişə deyirdi ki, ata, sizin davamçınız olaraq Qarabağı alacağıq. Övladım bunu yerinə yetirdi. Oğlum oktyabrın 9-da vəfat etdi. Deyirdi ki, "Mübariz İbrahimov kimi olmaq istəyirəm, mənimlə fəxr edəsiniz".
Şəhidin anası isə bildirib ki, oğlu qələbəyə inanırdı: "29-da oğlumu çağırdılar, sevinə-sevinə getdi. Deyirdi, "Vətəni biz qorumasaq, kim qoruyacaq?" Vətən, ana, bacı üçün şəhid oldu. Qızı Nurayı Vətənə dəyişdi. Deyirdi ki, "ana, ömrüm çox deyil, 30-31 yaşımda öləcəm".
Nurlan Zeynalovun həyat yoldaşı qızının tez-tez atasını soruşduğunu deyib: "Ölüm xəbərini noyabrın 17-də aldıq. 25-də isə 31 yaşı tamam oldu. Qızımıza su verirəm, görürəm, pəncərəyə baxır. Danışır, soruşuram, kimdir? Deyir, ata. Qızımızın gözünə görünür".
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...