Şəbnəm Tovuzlu: "Rusiyadan qazandığım pullarla 48 min borcumu ödədim"
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvada konsert verdiyim üçün hamı məni qınadı. Amma şəhidlərin 40-ı çıxandan sonra getdim. Qonorar qarşılığında 5 konsert təklifi aldım və razılaşdım.
BAKU.WS “axşam.az”a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Günə bir şou" proqramına qonaq olarkən deyib. Sənətçi Rusiyadan qazandığı məbləği açıqlayıb:
"Rusiyada 17 konsert və 2 el şənliyində oxudum. Bir konsertdən 4 min dollar aldım. Amma elə vaxt olub ki, Rusiyaya biletpulundan əlavə 6-7 min dollara gedirdim. Digər yerlərdən də təklif gəldi, amma qəbul etmədim.
Banka borcum var idi. Avtomobilimin kreditini bağladım. Banka 48 min manat ödədim. İstəyir həyatımda Həci olsun, istəyir olmasın, bu mənim sənətimdir.
Düzdür, qonorarda bir az endirim etdim. Pandemiyanı, insanların durumunu nəzərə aldım. Amma çox da ucuz dəvətləri qəbul etmədim. Xəyyam Nisanov mənə zəng etdi ki, qiyməti çox ucuzlaşdırma, sabah səni el şənliklərinə Bakıdan gələn dostumuz kimi təqdim edə bilək".
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...