Səmra Rəhimliyə bahalı avtomobil hədiyyə edildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Avroviziya təmsilçilərimizdən olan Səmra Rəhimlinin ad günü olub.
BAKU.WS xəbər verir ki, sənətçi özəl gününü ailə üzvlərini, yaxınlarını və dostlarını ətrafına toplayaraq paytaxt məkanlarından birində təmtəraqlı məclislə qeyd edib.
Gecənin ən diqqətçəkən məqamı Səmraya hədiyyə edilən lüks avtomobil olub. Onun anası İlahə xanım qızının 27 yaşı tamam olması münasibətilə ona "Chevrolet Camaro” markalı bahalı avtomobil alıb.
Qeyd edək ki, gənc ifaçı Səmra Rəhimli Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci Avroviziya Mahnı Müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edib və 17-ci yerin sahibi olub.
Oxşar xəbərlər
Məşhurların Avroviziya şərhi: “Həmin gün Samirənin günü deyildi”
Bu il Niderlandın Rotterdam şəhərində keçirilən 65-ci “Avroviziya” Mahnı Müsabiqəsində təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 65 xal qazanaraq 20-ci...