Səməd Səmədov ən böyük peşmanlığından danışdı - VİDEO
Xalq artisti Səməd Səmədov maraqlı açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, “Hüseynova bacıları” verilişinə qatılan sənətçi muğam oxuya bilmədiyini etiraf edərək buna görə peşmanlıq keçirdiyini bildirib:
“Bir gün verilişlərdən birində qonaq idim. Bir də gördüm aparıcının əlində dəf var. Dedi ki, “Xalq artisti, toylar kralı Səməd Səmədov indi bizim üçün muğam oxuyacaq”.
Mən də özümü itirmədim. Dedim ki “Bəli, mən toylar kralıyam, Xalq artistiyəm, amma toylarda kimsə muğam oxuyanda mən az qalıram diz çökəm onun qarşısında... Peşmanam ki, bu qədər titullarım var, amma mən muğam oxuya bilmirəm”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...