Selena Qomezə böyrəyini verib, toyuna çağırılmayan rəfiqəsi danışdı
Selena Qomezin təmtəraqlı toyunda ona böyrəyini verən rəfiqəsi Fransiya Raysın olmaması müzakirələrə səbəb olmuşdu.
![]()
BAKU.WS xəbər verir ki, o bu barədə ilk dəfə danışıb.
Rays qeyd edib ki, Selena onu toyuna çağırmasa da o rəfiqəsinə ömür boyu xoşbəxtlik arzulayır:
"Mən onun evləndiyini bilirəm və onun adına çox xoşbəxtəm. O, sağdır. Ona kömək edə bilməyim çox gözəldir. Sağ olduğuma və başqasının həyatını xilas etdiyimə görə Tanrıya minnətdaram", -deyə Fransiya vurğulayıb.
Bu sözlərdən sonra Fransiyanın müğənni ilə münasibətini bitirdiyi ortaya çıxıb. Onun üçün ən vacibi Selenanın sağlam və xoşbəxt olmasıdır.
Xatırladaq ki, Selenanın toyuna 300 qonaq dəvət edilib. Onlar arasında Teylor Svift, Zoi Saldana, Ed Şiran və Selenanın "The Blindfold Murders" filmində rol alan Stiv Martin və Martin Şort olub. Toy Santa Barbaradakı dəbdəbəli malikanədə baş tutub.
Məlumat üçün bildirək ki, Fransiya Rays 2017-ci ildə Selena Qomezə könüllü şəkildə öz böyrəyini verib.
Oxşar xəbərlər
Ciqanla Oksana rəsmi olaraq boşandı
Reper Ciqanla bloger həyat yoldaşı Oksana Samoylova rəsmi olaraq boşanıblar. BAKU.WS xəbər verir ki, bu barədə "StarHit"ə vəkil Sergey Jorin bildirib. O qeyd e...