Selena Qomez həddindən artıq arıqlamasının səbəbini açıqladı
Amerikalı müğənni və aktrisa Selena Qomez həddindən artıq arıqlamasının səbəbini açıqlayıb.
BAKU.WS xəbər verir ki, onun bu barədə TikTok-da yazdığı şərh Daily Mail nəşrinin diqqətini cəlb edib.
32 yaşlı ulduz ABŞ Kinoaktyorları Gildiyasının mükafatlandırma mərasiminə bədəninə tam oturan geyimdə qatılıb. Onun yeni görünüşü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi pərəstişkarlar Qomezin arıqlamaq üçün diabet xəstələrinin istifadə etdiyi "Ozempiq" dərmanını qəbul etdiyini düşünüblər.
Lakin Qomez özü arıqlamasının xəstəliklə əlaqəli olduğunu etiraf edib: "Mənə bununla bağlı suallar vermək artıq ürəyimi bulandırır. Nazik bağırsağımda bakterial artım sindromu (SİBR) var. Xəstəliyim yenidən şiddətlənib. Mən adi insanlar kimi görünməyə çalışmıram. Mənim elə bir bədənim yoxdur. Vəssalam. Yox, mən qurban deyiləm. Mən sadəcə insanam", – deyə müğənni bildirib.
Oxşar xəbərlər
"Uzak Şehir"in "Alya"sı görənləri şoka saldı
Türkiyənin reytinqli seriallarından olan "Uzak Şehir"in aktrisası Sinem Ünsal görünüşü ilə müzakirələrə səbəb olub. BAKU.WS xəbər verir ki, ekran işinin "Alya"...