Samir Piriyevə həyat yoldaşından gözlənilməz sürpriz (FOTO)

Samir Piriyevə həyat yoldaşından gözlənilməz sürpriz (FOTO)
Şou-biznes 5452
Məşhur müğənni Samir Piriyevə, həyat yoldaşı Anara Piriyeva “EŞQBAZ” titulunu qoydu. Yanvarın 24-də ad günü olacaq Piriyevi yoldaşı təəccübləndirib. Beləki, Anara Piriyeva Samir üçün ad günü hədiyyəsi olaraq “EŞQBAZ” adlı mahnı bəstələyib. Sözlərini də özü yazıb. Xanım həyat yoldaşına ad günü qabağı sürpriz edib.Aranjimanı Elvin İmanova aid olan bu mahnıya Anara Piriyeva hələ üstəlik klip də çəkib. İxtisasca rejissor olan, uzun müddət televiziyada çalışan xanımı artıq klipmeykerlik etmək fikrindədir. İlk klip həyat yoldaşı Samir Piriyev üçün çəkir. “EŞQBAZ” adlı mahnının klipinə artıq start verilib. Samir Piriyev mahnının tezliklə xitə çevrilib, klipinin sevilməsinə çox əmindir. Müğənni açıqlamasında bunları söyləyib:“Bir mahnını ki, həyat yoldaşım yazıb, mənimçün o mahnının sevilməmək şansı çox azdır. Çünki, bu ürəkdən gələn bir işdir və sevgidən doğub. Özümü şou biznesin “EŞQBAZ”ı görürəm, niyə də yox? İnsanın qəlbi daim eşqlə dolu olmalıdır. Həqiqətən də yoldaşımın mahnının sözlərində yazdığı kimi, çox eşq hekayələri yaşamışam, amma, həyat yoldaşıma olan eşqim bir roman oldu. Qeyd edim ki, yoldaşımın yazdığı və bəstələdiyi ilk mahnı və sözlər deyil. İllər əvvəl dəfəflərlə mahnı və sözlər bəstələyib. Sadəcə olaraq 6-7 il bundan əvvəl mən 2 il stresdən səsimlə əlaqəli müalicə alırdım deyə o mahnıları oxumaq çox təəssüf ki, ürəyimdə qalıb. Amma, bu yeni 2018-ci ildən özümə söz vermişəm yeni və çox fərqli işlər, layihələr, kliplər və konsertlər edəcəm in şa Allah. İnanıram ki, bu kliplə də sənətimə yenilik qatacam. Çünki, ifa etdiyim mahnı repertuarımda fərqli tərzdi, hətta klipdə stilimi həyat yoldaşım özü dəyişib. İn şa Allah “Yeni məni” tamaşaçılar sevər. Bunun davamı var və çox fərqli işlər edəcəm. Məndən yenilikləri bu il çox görəcəksiz. 2018-ci il mənə uğurla başladı, inanıram ki, ili uğurla da sonlandıracam”.BAKU.WS

Son xəbərlər