Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər

Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər
Şou-biznes 35

Aparıcı Saleh Bağırov Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Cananaya yazdığı sərt sözlərlə gündəmə gəlib.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, onun şərhinə səbəb Canananın M.İgəndərli ilə bağlı paylaşımı olub.

Belə ki, Canana məclislərdən birində M.İsgəndərli ilə üz-üzə gəlib, onun videosunu "Qayınanamla" şərhi ilə paylaşıb.

Həmin görüntüyə Saleh Bağırov "Bir qadının şərəfsiz, şəxsiyyətsiz olması böyük dərddir! Bir qadının itirəcəyi heç nəyinin olmaması bir bəladır. Bunun kimi mənliyini ayaqlar altına atan kəs ancaq belə davranış göstərə bilər. Belə alçaq xisləti olanlardan uzaq gəzmək və şiddətlə qınamaq lazımdır ki, bu küçə adamı öz küçə davranışları ilə görünməsin heç yerdə və yerini bilsin. Olduqca təhlükəli və əxlaqdan bixəbər nümunədir qızlara. Tam haqlısınız hər kəlmənizlə" sözlərini yazıb.

Canana isə bununla bağlı polisə şikayət etdiyini bildirib.

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərimlə ailəli olan Canana qalmaqallı şəkildə boşanıb. Onların bu nikahdan 3 övladı var. Kərim hazırda ikinci dəfə ailə qurub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Talıb Tale: "Taleyim belə gətirdi, peşman deyiləm"

Talıb Tale: "Taleyim belə gətirdi, peşman deyiləm"

"Taleyim belə gətirdi. Niyyətim yox idi. Valideynlərim həyatda olsaydı, bu yaşa qalmazdım. Babalarım da elə 40 yaşdan sonra evləniblər. Gec evlənməyimə peşman d...

99 Şou-biznes 09:53 31 may 2026

Son xəbərlər