Saleh Bağırov: "Əminə Yusifqızı ilə çox doğma, sıx ünsiyyətimiz var idi"
"Çox doğma, sıx və pünhan ünsiyyətimiz var idi. Bunu hər kəs bilirdi".
BAKU.WS xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Əminə Yusifqızından danışan aparıcı Saleh Bağırov deyib.
O qeyd edib ki, sənətkara tez-tez baş çəkirmiş:
"Sirdaş idik. Son illər tez tez baş çəkirdim, hal-əhval tuturdum, söhbət edirdik. "Səninlə danışanda gəncləşirəm "-deyirdi... Yaşadığı ,danışdığı həyatı bir roman, bir kitab idi sözün əsl mənasında... O qədər duyğulu, həyəcanlı və xoşbəxt anları ilə dolu idi ki xatirələri.... Şəxsən mənim və sizi sevənlərin yaddaşında səsi, sözü, xəyalı əbədi yaşayacaq".
Xatırladaq ki, Xalq artisti Əminə Yusifqızı bu gün günorta saatlarında vəfat edib.
Oxşar xəbərlər
"Nazlanma"nın müəllifindən Vasif və Vəfaya: "Bunlar nə cür müğənnidir?"
Məşhur "Nazlanma" mahnısının müəllifi, Cənubi azərbaycanlı müğənni Mənsur Daneşvar Əməkdar artist Vasif Məhərrəmli və həmkarı Vəfa Şərifovadan şikayətlənib. BAK...