Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Şou-biznes 678
25 sentyabrda Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-21, gündüz 25-28, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi dağlıq ərazilərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti təşkil edəcək.BAKU.WS

Oxşar xəbərlər

Mayın 1-nə gözlənilən hava şəraiti açıqlandı

Mayın 1-nə gözlənilən hava şəraiti açıqlandı

Mayın 1-də gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə...

1844 Şou-biznes 12:20 30 aprel 2018

Son xəbərlər