Sabahın hava proqnozu
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 27-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 1-6 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Yanvarın 27-də Azərbaycanın rayonlarında arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.
Havanın temperaturu Aran rayonlarında gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlarda gecə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 14-19 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıya qar yağacaq, yolları buz bağlayacaq
Sabah Bakı və Abşeron yarımadasında arabir qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Gecə və səhər yolların buz...