Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
Şou-biznes 985

 

Yanvarın 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 isti, Bakıda gecə 0-2 isti, gündüz 7-9 dərəcə isti olacaq.

Yanvarın 7-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-7 şaxta, gündüz 4-9 isti, dağlarda gecə 3-8 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 şaxta, gündüz 1-6 isti olacağı gözlənilir. 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda bu gün 20 dərəcə şaxta olacaq

Azərbaycanda bu gün 20 dərəcə şaxta olacaq

Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəi...

1421 Şou-biznes 09:17 06 yanvar 2016

Son xəbərlər