Bakıya qar yağacaq, yolları buz bağlayacaq

Bakıya qar yağacaq, yolları buz bağlayacaq
Şou-biznes 1317

 

Sabah Bakı və Abşeron yarımadasında arabir qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 şaxta, gündüz 0-2 isti, Bakıda gecə 0-2 şaxta, gündüz 0-2 dərəcə isti olacaq.

Yanvarın 26-da Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.

Havanın temperaturu Aran rayonlarında gecə 2-7 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 şaxta, gündüz 0-5 şaxta olacağı gözlənilir.

BAKU.WS

Oxşar xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Yanvarın 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olac...

2 Şou-biznes 12:57 19 yanvar 2016

Son xəbərlər