Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Şou-biznes 920

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi səhər və gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-13 dərəcə isti olacaq. Bakıda gecə 3-5 dərəcə, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % təşkil edəcək. Yanvarın 13-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz gilavar küləyinin güclənməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Sonrakı iki gündə mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4-9 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.  

Ziya Babayev

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda bu gün 20 dərəcə şaxta olacaq

Azərbaycanda bu gün 20 dərəcə şaxta olacaq

Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəi...

1421 Şou-biznes 09:17 06 yanvar 2016

Son xəbərlər