Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
Şou-biznes 3
Oktyabrın 21-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. ETSN-dən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturunun gecə 11-15° isti, gündüz 18-22° isti, Bakıda gecə 13-15°, gündüz 19-21° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək.Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50 % olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 9-14°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.BAKU.WS

Oxşar xəbərlər

Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ

Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BA...

5939 Şou-biznes 12:45 13 oktyabr 2017

Son xəbərlər