Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
Şou-biznes 2

 

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.

Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi qıraq Qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 15-20, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən...

12 Şou-biznes 12:18 29 may 2017

Son xəbərlər