2017-ci ilin ilk gününün hava proqnozu

2017-ci ilin ilk gününün hava proqnozu
Şou-biznes 1003

Azərbaycanda 2017-ci ilin ilk gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 80-90%, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

BAKU.WS

Oxşar xəbərlər

Bayram günlərinin havası açıqlanıb

Bayram günlərinin havası açıqlanıb

Bakı və Abşeron yarımadasında dekabrın 31-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlər...

984 Şou-biznes 12:53 30 dekabr 2016

Son xəbərlər