Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
Şou-biznes 1442

 

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, mayın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 20-25 dərəcə isti, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 12-17, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.  

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report”a verilən...

8 Şou-biznes 13:45 12 aprel 2017

Son xəbərlər