Sabah yağış yağacaq

Sabah yağış yağacaq
Şou-biznes 713

 

Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 15-17, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 22-də arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Nazirlikdən bu günə hava xəbərdarlığı

Nazirlikdən bu günə hava xəbərdarlığı

Bu günə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə...

943 Şou-biznes 09:04 21 oktyabr 2015

Son xəbərlər