“Sabah” - “Sumqayıt” oyununda meydançaya it girdi - VİDEO

“Sabah” - “Sumqayıt” oyununda meydançaya it girdi - VİDEO
Video
Şou-biznes 191

Ötən gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun növbəti oyunu keçirilib.

BAKU.WS xəbər verir ki, matç zamanı “Sabah” - “Sumqayıt” futbol klubları qarşı-qarşıya gəliblər. Qarşılaşmanın baş tutduğu arenada maraqlı anlar yaşanıb.

Belə ki, gözlənilmədən meydana it daxil olub. Bundan sonra “Sumqayıt” futbol klubunun üzvü Vüsal İsgəndərli iti stadiondan uzaqlaşdırıb.

Həmin görüntülər sosial şəbəkədə böyük maraqla qarşılanıb.

Xatırladaq ki, qarşılaşmada “Sabah” futbol klubu 3:0 hesabı ilə qələbə qazanıb.

Son xəbərlər