Sabah qar yağacaq

Sabah qar yağacaq
Şou-biznes 1377

Oktyabrın 31-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, mülayim şimal-qərb küləyinin axşama doğru güclənəcəyi gözlənilir.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu gecə 8-10, gündüz 11-13, dərəcə isti olacaq. Azərbaycanın rayonlarında oktyabrın 31-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-10, gündüz 10-13, dağlarda gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq. Oktyabrın 31-i axşamdan noyabrın 1-i gündüzədək Abşeron yarımadasında Xəzri küləyinin güclənməsi fonunda temperaturun bir qədər enməsi və rütubətli hava şəraiti bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Ziya Səccad

BAKU.WS 

Oxşar xəbərlər

Bu gün qar yağacaq

Bu gün qar yağacaq

Bakı və Abşeron yarımadasında oktyabrın 30-da fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunaca...

752 Şou-biznes 09:42 30 oktyabr 2015

Son xəbərlər