Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
Si̇yahı
Sosial 68

2026-2027-ci tədris ilində Prezident təqaüdünə layiq görülən tələbələrin universitetlər üzrə sayı məlum olub.

BAKU.WS AzEdu.az-a istinadla xəbər verir ki, onlardan 35-i Bakı Ali Neft Məktəbinin tələbəsidir.

Digər universitetlərin siyahısını təqdim edirik:

Azərbaycan Tibb Universiteti - 25 nəfər;

ADA Universiteti - 18 nəfər;

Bakı Dövlət Universiteti - 15 nəfər;

Azərbaycan Dövlət İqtisad Universiteti - 5 nəfər

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - 2 nəfər.

Xatırladaq ki, Prezident İlham Əliyev 2026-2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının Nizami rayonunun Bəkir Çobanzadə küçəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi...

35 Sosial 09:13 13 oktyabr 2026

Son xəbərlər