Haaland "Mançester Siti"dən ayrılıb "Barselona"ya keçə bilər

Haaland Mançester Sitidən ayrılıb Barselonaya keçə bilər
İdman 61

Norveçli hücumçu Erlinq Haaland karyerasını İspaniyanın "Barselona" klubunda davam etdirmək variantını nəzərdən keçirir.

BAKU.WS "El Nacional" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Kataloniya təmsilçisində Lamin Yamal ilə birlikdə çıxış etmək istəyir.

Bildirilir ki, Haaland "Mançester Siti"dəki dövrünün başa çatmaq üzrə olduğunu düşünür və mövsümün sonunda komandadan ayrıla bilər.

Norveçli hücumçunun gələcək karyerasına təsir edə biləcək amillərdən biri də "Mançester Siti"yə qarşı maliyyə qaydalarının mümkün pozuntuları ilə bağlı araşdırma çərçivəsində sanksiyaların tətbiq olunması ehtimalıdır.

Mənbənin iddiasına əsasən, Haalandın nümayəndələri mümkün transfer məsələsini "Barselona"nın prezidenti Joan Laporta ilə müzakirə etməyə hazırdırlar. Bununla belə, tərəflər arasında aparılan danışıqlar hələlik konkret razılaşma ilə nəticələnməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər