Sabah güclü qar yağacaq, şaxta olacaq

Sabah güclü qar yağacaq, şaxta olacaq
Şou-biznes 3493

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, yarımadanın bəzi yerlərində

yağıntının intensiv olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 0-3° isti, Bakıda gecə 0-2° şaxta, gündüz   0-2° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 767  mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.  Nisbi rütubət  85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, fevralın 13-də arabir qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Hava XƏBƏRDARLIĞI: Şaxta olacaq, qar yağacaq

Hava XƏBƏRDARLIĞI: Şaxta olacaq, qar yağacaq

Yanvarın 31-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti...

3136 Şou-biznes 12:56 30 yanvar 2017

Son xəbərlər