Rusiyalı müğənni konsert zamanı dişlərini sındırıb
Səhnə adı Asti olan müğənni Anna Dzyuba çıxışlarından birində ön dişlərini sındırdığı hadisəni xatırlayıb.
BAKU.WS xəbər verir ki, hadisə barədə o, "Natalnaya karta" verilişində danışıb.
Sənətçi "Kosmiçeski" mahnısını ifa edərkən çıxışın lap əvvəlində mikrafonu yerə salıb. Ona tez yeni mikrofon verilib və o, oxumağa davam edib. Lakin ifa zamanı qəfil bir hərəkət edib.
"Anladım ki, dişlərim ağzımın içinə düşdü. Dişlərimə təsadüfən zərbə endirdim", – deyə Dzyuba bildirib.
Müğənninin sözlərinə görə, o, sındırılmış dişləri gözə çarpmadan tüpürərək konserti davam etdirib. Səhnədə bütün şou boyu pəltəklik edəcəyindən qorxduğunu da deyib.
Oxşar xəbərlər
Röya Ayxanın əkiz qardaşları nə işlə məşğuldur?
Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov ilk dəfə ailəsi ilə bağlı danışıb. BAKU.WS xəbər verir ki, "Qonaqcanlı" verilişinə qonaq ola ifaçı əkiz qardaşı Ayxan Nəcə...