Ruhi Əliyeva bahalı qarderobunu göstərib, zövqsüz geyimindən danışdı - VİDEO

Ruhi Əliyeva bahalı qarderobunu göstərib, zövqsüz geyimindən danışdı - VİDEO
Video
Şou-biznes 820

“Həyatım boyunca gözəlliyə, zövqlü geyimlərə çox önəm verdim. Baş verən nə varsa, mütləq zövqlə olmalıdır. Qarderobumda yer alan ən xırda detal belə mənə yaraşmalı, tərzimə və mütləq son dəbə uyğun olmalıdır".

BAKU.WS xəbər verir ki, bu sözləri iş xanımı Ruhi Əliyeva sosial şəbəkə hesabında yazıb. Dəbi keçsə də bəzi paltarlarını saxladığını bildirən Əliyeva, bahalı qarderobunu da nümayiş etdirib:

“İllərdir paltar şkafımda saxladığım, lakin istifadə etmədiyim bir çox geyimlərim var. Onlar zamanında ən dəbli libaslar olsa da, bu gün artıq aktual deyil.

Həmin geyimlərimi zibilə atmaq günah olar. Lakin bu libasları ehtiyacı olan və ya çox bəyənən bir xanıma vermək lap mənim ürəyimdən xəbər verir. Burada bir donum var. Çox zövqsüzdür. Bilmirəm onu nə vaxt almışam. Amma qarderobumdan tapdım”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər