Rəqsanədən qalmaqallı açıqlama: "İndikilərin hərəsini bir kişi saxlayır" - VİDEO

Rəqsanədən qalmaqallı açıqlama: İndikilərin hərəsini bir kişi saxlayır - VİDEO
Video
Şou-biznes 3183
"Arxamda atam, qardaşım, ərim olmayıb. İndikilərin hərəsini bir kişi saxlayır. Məni saxlayan kişi olmayıb. Hamısını tək etmişəm". BAKU.WS-in məlumatına görə, bu sözləri müğənni Rəqsanə İsmayılova rejissor Nail Naiboğlunun "Stop" layihəsində deyib. O, qızı Aysunun müğənni olmasından danışarkən, sənətin çətinliklərini dilə gətirib: "Mən istəmirəm Aysun mənim çəkdiyim əziyyətləri çəksin. Bizim sənətimiz çətin sənətdi. Sənətimizdə həm yıxılırsan, həm durursan, həm ağlayırsan, həm gülürsən. İllərini-günlərini sərf edirsən. Mən gördüyüm o əziyyətləri heç bir kişi çiynində daşıya bilməzdi. Dağ olsaydı əyilərdi. Mən hər şeyə tək sinə gərmişəm". Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər