Rəqsanə ərindən danışarkən göz yaşlarına hakim ola bilmədi - VİDEO
14
may
2018
13:15
Müğənni Rəqsanə İsmayılova efirdə göz yaşlarına hakim ola bilməyib. BAKU.WS-in məlumatına görə, o, Nail Naiboğlunun "Stop" layihəsinin qonağı olub. Əkiz uşaqlara hamilə olan ifaçı həyat yoldaşından danışarkən ağlayıb: "Mən efirdə heç bir zaman heç nəyi gizlətməmişəm. Mən yoldaşımı həddindən artıq çox sevirəm. Həm bir dost, həm bir insan, həm də mənim, ailəmin, övladlarımın arxasında durduğu üçün. Mən onun arzusunu yerinə yetirirəm. Bacımla mən bu şeylərə həsrət qalmışıq, çünki biz o günləri görməmişik. Biz ata nəvazişindən həmişə uzaq düşmüşük. Mənim anam həyatda çox əziyyət çəkib. Mən hələ də anamın əziyyətlərinin əvəzini qaytara bilməmişəm". Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Rəqsanə Damla ilə bağlı yalanı ifşa etdi: Uşağım yerindədi... - VİDEO
Rusiyadan geri dönən Rəqsanə bütün həmkarları ilə soyuq münasibətə son qoymağa qərar verib.BAKU.WS-in məlumatına görə, ifaçı Rusiya toylarında Damlaya qadağa qo...