Rəqsanənin qızı özünə dəbdəbəli ad günü keçirtdi (VİDEO)
08
yan
2018
17:44
Müğənni Rəqsanə İsmayılovanın müğənniliyə başlayan qızı Aysun İsmayılova ötən gün özünə ad günü keçirib.BAKU.WS-in məlumatına görə, paytaxt məkanlarının birində keçirilən şənlikdə Aysunun rəfiqələri və şou-biznesdən bir neçə tanınmış simalar olub. A.İsmayılovanın 20 yaşı tamam olub. Gecə yarısına qədər davam edən ad günündə səbəbkar yeni yazdırdığı mahnıları ifa edib. A.İsmayılova doğum günündə təəssüratlarını da bölüşüb: "Canım anam, kaş bu ad günümdə yanımda olardın". Ad günündə çəkilmiş fotolar sosial şəbəkədə paylaşılıb. Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova uzun müddətdir Moskvada yaşayır. İmanBAKU.WS
Oxşar xəbərlər
Rəqsanənin qızı müğənniliyə başladı: "Şərtim var" (VİDEO)
Müğənni Rəqsanə İsmayılovanın qızı, Aysun İsmayılova açıq saçıq şəkillərini sosial şəbəkədə paylaşıb. BAKU.WS-in məlumatına görə, A.İsmayılova bir müddətdir ano...