Roza Zərgərlidən İlhamə Quliyeva ilə bağlı etiraf - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Roza Zərgərli mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı açıqlama verib.
BAKU.WS xəbər verir ki, “Xəbər-Ətər” verilişinin qonağı olan ifaçı sənətə gəldiyi ilk andan etibarən İ.Quliyevanın ona dəstək olmaq əvəzinə yolunu kəsdiyini etiraf edib:
“Biri çıxsın, desin ki, Roza Zərgərli filan yerdə özünü İlhamə Quliyevaya bənzətdiyini deyib. Mən həmişə demişəm ki, bizi bir-birimizə oxşadırlar.
Amma xasiyyətimiz tamam fərqlidir. Çünki zamanında mənim bu sənətdə yolumu kəsən İlhamə Quliyeva özü olub.
Efirlərdə görəndə canım, atəşim deyirdi. Amma sonra bu hissəni kəsdirirdi.
Bunun şahidi olanlar da var. Onlardan biri də aparıcı Sərxan Kərəmoğludur.Biz sadəcə zahirən bənzəyə bilərik, amma mən onun kimi deyiləm, sənətə gəldiyim ilk gündən hər kəsə əl tutmuşam. Lakin o, hökmranlıq edirdi”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...