Roza Zərgərli: “Qadın pişik kimidir, 12-ci mərtəbədən...” - VİDEO

Roza Zərgərli: “Qadın pişik kimidir, 12-ci mərtəbədən...” - VİDEO
Video
Şou-biznes 1006

Müğənni Roza Zərgərli maraqlı açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, “Üzə-düz” proqramına qatılan Zərgərli xarici görünüşündən və şəxsi həyatından danışıb.

Veriliş zamanı Rozanın aparıcının “Qadın nə vaxt məğlub olur?” sualına verdiyi cavab maraq doğurub. İfaçı qadının əzmkarlığını və həyat mübarizəsini pişiyə bənzədib:

“Mənə görə qadın heç vaxt məğlub olmur. Qadın pişik kimidir. 12-ci mərtəbədən də yerə düşsə, yenə ayaqları üstə qalxa biləcək. Yoldaşımdan boşananda mənə deyirdilər ki, məğlub oldun. Dedim yox, əslində mən onu boş buraxmışdım deyə o, mənə xəyanət etdi.

Bir şey mənimdirsə, mənimdir. Əgər o, nəsə axtardısa, məni itirdi. Dostlar deyirdi ki, bəlkə, mən özümü güclü göstərirəm. Həyata bir dəfə gəlirəm. Heç bir pis hərəkət etmədən ömrümü, günümü, həyatımı sənə vermişəm.

Həmişə Allaha demişəm ki, mənim ömrümdən kəsib ona calasın. Əgər sən bunu itirdinsə, sən itirdin! Qısqanc deyiləm. Xəyanət edən şəxs özünü və sevdiyi şəxsi itirir. O kişi xəyanət edir ki, qadın ona izin verir. Çox sevsə idim, xəyanəti bağışlayardım. Vaxtında da bağışladım, amma bu dəfə fərqli idi. Ortada uşaq var idi!”

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər