Röyanın keçmiş əri polisə çağırıldı (FOTO)

Röyanın keçmiş əri polisə çağırıldı (FOTO)
Şou-biznes 1766

Bakıdakı "Çudo Peçka” mağazalarından birinin işçiləri polisə şikayət edib.

BAKU.WS  report-a istinadən xəbərinə görə, işçilər maaşlarının verilməməsindən şikayətləniblər.

Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən "Çudo Peçka” mağazasının 30-dək işçisi Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək üç aydır maaşlarının verilmədiyini bildirib.

Faktla bağlı mağazanın sahibi Çingiz Çəlilovun oğlu Anar Cəlilov polis idarəsinə çağırılıb, ondan izahat alınıb. A.Cəlilov işçilərin maaşlarının yaxın günlərdə veriləcəyini bildirib.

Qeyd edək ki, Anar Cəlilov məşhur müğənni Röya Ayxanın keçmiş həyat yoldaşıdır.

"Çudo Peçka” əvvəllər Çingiz Cəlilovun olub. Mağazalar şəbəkəsi 2011-2016-cı illərdə "'Bakery Operating Compani'” MMC-nin idarəçiliyində olsa da, hazırda əvvəlki sahibindədir.

BAKU.WS  

Oxşar xəbərlər

Son xəbərlər