Röyadan kədərləndirən paylaşım: "Yoxluğunuz həyatımda çox hiss olunur" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin vəfatından bir il ötür.
BAKU.WS xəbər verir ki, Xalq artisti Röya Ayxan sosial şəbəkədə mərhum bəstəkarla bağlı paylaşım edib.
Sənətçi instaqram hesabında Nailə Mirməmmədlinin görüntülərini paylaşaraq onun yoxluğunu həyatındakı böyük boşluq adlandırıb:
“Mənim həyatımda böyük rolu olan ailəm, Nailə xanım... Bilirəm, yenə də yanımdasan. Axı sən sağ ikən Hikmət müəllimin ruhunun bizi izlədiyini deyirdin. İnandırmışdın. İndi ikinizin bir arada olduğuna inanıram. Ölümündən sabah bir il ötür. Dediyin kimi, kəpənəklər qovuşdu.
Arzuların reallaşır. Sənin ad günündə, 23 mayda Heydər Əliyev Sarayında böyük orkestr ilə yaradıcılıq gecəni keçirəcəyik. Əlbəttə, o gün Hikmət müəllimin mahnıları da orada oxunacaq. Sizi ayırmaq olarmı?
Həyat sizsiz davam edir... Sizin yoxluğunuz, həyatımda yaranan boşluq çox hiss olunur. Ruhunuz şad olsun.
Səni sevirəm, gözəl qadın”.
Qeyd edək ki, Nailə Mirməmmədli ötən ilin yanvarın 4-də vəfat edib.
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...