Röya Ayxanın 5452 AZN-lik geyimi müzakirələrə səbəb oldu - FOTO
01
fev
2022
10:12
Xalq artisti Röya Ayxan xüsusi geyimi ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, sənətçi qatıldığı verilişlərdən birində geyindiyi çəhrayı rəngli xüsusi libası ilə xeyli müzakirələrə səbəb olub.
Buna səbəb Xalq artistinin bahalı blazeri və ətəyi olub. Onun hər iki geyimi "Aleks Perri" markasına aiddir. Röyanın blazerinin qiyməti 2411 dollar (4098 AZN), ətəyinin qiyməti isə 797 dollardır (1354 AZN).
İfaçının geyimlərinin qiyməti ümumilikdə 5452 AZN təşkil edib.
Qeyd edək ki, Röya Ayxan proqram zamanı ilk dəfədir efirdə çəhrayı libas geyindiyini açıqlayıb.
Qalereya
Oxşar xəbərlər
Röya Ayxanın 79 manatlıq libası və 1230 manatlıq ayaqqabısı - FOTO
2022-ci ili fərqli qarşılayanlar arasında Xalq artisti Röya Ayxan da oldu. BAKU.WS xəbər verir ki, sənətçi Yeni il gecəsi yaxın dostlarını başına yığaraq təmtər...