Ərindən boşanan Lətifə: "Hədsiz evlilik təklifləri alıram..." - FOTOLAR

13
sen
2018
12:05
Müğənni Lətifə Soyuöz tədbirlərin birində görüntülənib. İfaçı BAKU.WS-in kamerasına poz verib. Daim geyim tərzi ilə diqqət çəkən müğənni saytımıza bunları deyib:"Geyimimə çox pul xərcləyirəm. Biz sənət adamıyıq və bir geyimi ikinci dəfə geyinəndə qınaq obyektinə çevrilirik. Sosial şəbəkə istifadəçiləri dərhal yazırlar ki, bunun başqa geyimi yoxdur və s. Əlbəttə ki, müğənnilər üçün hər dəfə qarderobu yeniləmək çətindir, amma məcburuq və bunu etməliyik".L. Soyuöz şəxsi həyatı haqqında da açıqlama verib:"Hədsiz evlilik təklifləri, sevgi etirafları alıram və bu, normaldır. "Yox" deməyimin səbəbi ürəyimcə bir insanın olmamasıdır. Ürəyimi sevgi üçün qapatmışam. Bəlkə kimin üçünsə bağlamışam, bəlkə özüm üçün bağlamışam. Bu suala konkret cavab verə bilməyəcəyəm". Müğənni yeniliklərindən də danışmağı unutmayıb:"Yeni layihələrimə çox az qalıb. Mahnıların aranjimanı bitib, qalıb təkcə onları oxumaq. İnşallah bir neçə klip çəkəcəyik və tamaşaçılarımıza təqdim edəcəyik".Hüseyn MəmmədsalahovBAKU.WSFotolar müəllifindir


Oxşar xəbərlər
Məşhurlar təqdimat gecəsində göz qamaşdırdı - FOTOLAR
Müğənni Dilarə Kazımovanın dünən baş tutan "Azərbaycan" layihəsinin təqdimat gecəsində ulduzlar cazibədarlığı ilə göz qamaşdırıb. BAKU.WS xəbər verir ki, tədbir...
