Lətifə Soyuöz: "Sürdüyüm Land Cruiser-i nənəm alıb" (VİDEO)

Lətifə Soyuöz: Sürdüyüm Land Cruiser-i nənəm alıb (VİDEO)
Video
Şou-biznes 4421
BAKU.WS-in "Sarı Divan" rubrikasının bu həftəki qonağı populyar və cazibədar müğənni Lətifə Soyuöz oldu. Lətifə qalmaqallı açıqlamalar verib, şou əhlinə barmaq silkələdi. Lətifənin bu müsahibəsi şou biznesdə 12 ballıq zəlzələ effekti yaradacaq!Sənətçi şou aləmdə baş verən özbaşınalıqlardan danışıb, əsəbiləşdi. Bayağı ifalarla efirləri zəbt edən həmkarlarını qınayıb, onları zövqsüzlükdə ittiham etdi. Lətifə azərbaycan estaradasının uçuruma getdiyini açıq şəkildə dilə gətirdi. Sənət yoldaşlarını qılınclayan Soyuöz bununla da kifayyətlənmədi. O oğlunu bu cür ifalardan uzaq tutduğunu söylədi.Bir çox ifaçıları bayağılıqda suçlayan Lətifə, ARB TV-də "Səhər-Səhər" verlişində üzləşdiyi xoş olmayan məqamlardan danışıb, hiddətləndi. Qısa şortda efirə çıxan sənətçi, verlişin aparıcısı Elgiz Əkbərin ona qarşı söylədiyi: "Az bütün hamısı bayırdadır" ifadəsini özünə yaraşdırmadığını və şou yaratmaq üçün min hoqqadan çıxdıqlarını bəyan etdi. Sosial şəbəkələrdə tənqidlər bir yana təhqirlərə məruz qalan Lətifə, artıq bu cür hallara öyrəşdiyini və yazılan şərhləri vecinə belə almadığını dedi."Hərə öz ailədə aldığı mədəniyyətini, tərbiyəsini göstərir. Ona buna söz atıb, nalayiq şərhlər yazmaqdansa, gedin özünüzü bir güzgüdə baxın. Kiminsə şəxsi həyatını müzakirə etməkdənsə, öz həyatınızı qaydasına salın. Sizə heç kəs haqq verməyib müğənniləri bu cür təhgir edəsiz". Dilli dilavər sənətçi özünü həm də tənbəl adlandırdı. İllərlə köklükdən əziyyət çəkən Soyuöz çəkisini azaltmaq üçün idmana baş vursa da, istədiyi nəticəni əldə etmədiyi üçün, risk edib bıçaq altına girdiyini söylədi. Üz quruluşundan xüsusi ilə burnunun formasından narazı olan sənətçi, çəkinmədən yenidən cərrah masasına uzanıb, rinoplastika əməliyyatı keçirdiyini bildirdi. İdman zalına gedən Lətifə orada məşq edən kişilərdən tanışlıq təklifi alsada bu cür hallara ciddi yanaşmır. O mədəni şəkildə bu təklifləri rədd etdiyini etiraf etdi.Yüksək vəzifəli şəxslər adətən xanım ifaçılara "Gəl sevgili olaq və sənə sposnorluq edim" kimi təkliflər edirlər. Bəs Sizə bu cür təkliflər gəlir ? Ümumiyyətlə sponsorunuz kimdir sualına Lətifə belə cavab verdi :"Mənim sponsorum mənim ailəmdir. Hətta sürdüyüm Prado markalı avtomobil nənəmin mənə hədiyyəsidir. Uzun zamandır sənətimdə hər bir köməkliyi atam edirdi. O dünyasını dəyişdikdən sonra bizə çox yaxın olan ailə günün bu günə kimi öz yardımını əsirgəmir."Şəxsi həyatından danışan pop ulduz həyat yoldaşından illər öncə boşandığını, amma düşman kimi deyil, dost kimi ayrıldığını vurğuladı. "Bizim məhəbbətimizin bir meyvəsi var, oda oğlumuzdur. O üzdən biz onunla tez-tez görüşürük və aramızda hər şey gözəldir".Ürəyinin hələdə boş olduğunu söyləyən Soyuöz ikinci dəfə ailə qurmağını bu cür şərf verdi : "Heç vaxt demə heç vaxt. Həyatda hər şey ola bilər. Deyə bilmərəm ki qurmayacağam, hər saniyə belə hər şey dəyişə bilər".Sevilən müğənni Lətifə Soyuöz ilə səmimi müsahibəmizi sizə təqdim edirik:Rəşad ƏliyevBAKU.WS

Son xəbərlər