“Bu, mənim geyim tərzimdir” – Açıq-saçıq geyimləri ilə gündəm olan Lətifə - VİDEO
08
mar
2018
15:11
“ARB Ulduz”un “Virtual həyat” verilişinin qonağı olan müğənni Lətifə Soyuöz maraqçı açıqlamalar verib.Tez-tez geyimləri müzakirə mövzusuna çevrilən Lətifə, ətrafdakıların onunla bağlı fikirlərinə qətiyyən önəm vermədiyini açıqladı: “Qətiyyən kənar fikirlərə önəm vermirəm. Çünki bu, mənim geyim tərzimdir. Mən bu tərzi sevirəm. İndikindən daha kilolu olanda şort geyinmirdim. Arıqlayandan sonra şort istifadə etməyə başladım. Hərçənd ki, uşaqlıqda da çox istifadə edirdim. Mənə rahatdır, mənim xoşum gəlir. Bu, mənim üçün gündəm mövzusu deyil. Burdan qapalı geyinim, qapıdan çıxandan sonra başqa-başqa işlərlə məşğul olum, bu, mənə görə deyil”. Sosial şəbəkələrdə onu tənqid edib dişinin dibindən çıxanı deyənlərə isə müğənninin cavabı yenə də kəskin və sərt oldu: “Mən baxanda ki, bir adam mənə tərbiyədən yazır və sən həmin adamın səhifəsinə girib geyimlərinə baxanda hər şey məlum olur. Geyimlər bir yana qalsın, onun yazdıqlarından bilirsən ki, tərbiyəsi necə ola bilər, o, hansı zehnə malik ola bilər. Buna evdə nə öyrədiblər. Burdan demək istəyirəm ki, hamı öz həyatını yaşasın, hamı öz həyatı ilə maraqlansın. Öz həyatınız daha maraqlı olar. Səhər yuxudan oyanırlar, başlayırlar başqasının həyatı ilə yaşamağa. Lazım deyil. Kiməsə baxıb, bu niyə bunu alıb, bu niyə bunu geyinib, bunun niyə evi var, kimi fikirlərə qapılmaq lazım deyil. Oturun, öz fikrinizi çəkin!” Lətifə Soyuözlə olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz. Qeyd edək ki, “ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz. BAKU.WS
Oxşar xəbərlər
Lətifə Soyuöz: "Sürdüyüm Land Cruiser-i nənəm alıb" (VİDEO)
BAKU.WS-in "Sarı Divan" rubrikasının bu həftəki qonağı populyar və cazibədar müğənni Lətifə Soyuöz oldu. Lətifə qalmaqallı açıqlamalar verib, şou əhlinə barmaq...