Rəqsanəyə cinayət işi açıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA

16
avq
2019
17:43
“Aysunun açıqlamasında cinayət tərkibi var. Yalnız onun dedikləri sübuta yetirilərsə, cinayət işi açıla bilər”.BAKU.WS musavat.com-a istinadən xəbər verir k, bu sözləri hüquqşünas Ruslan Əhmədov deyib.O, bildirib ki, hadisədən illər keçdiyi üçün hadisə ilə bağlı cinayət işi açıla bilməz: “Döyülən tərəflər müəyyən olunmalıdır. Onların aldığı xəsarət dərəcəsi və şikayətçi olub-olmaması önəmlidir. Hadisədən illər keçib. Tərəflər şikayətçi olmayıb. Bundan sonra da şikayətçi olsalar, xəsarət dərəcələri müəyyən oluna bilməyəcəyi üçün cinayət işi açılmayacaq. Çünki xəsarət dərəcəsi yoxdursa, adam döyməklə bağlı maddə (132-ci maddə) məcəllədən çıxarılıb və İnzibati Xətalar Məcəlləsinə əlavə edilib”.Qeyd edək ki, müğənninin qızı Aysun “Toliklə səmimi” “Youtube” layihəsində anasının ona görə döydürdüyü adamlardan danışıb: “Anam mənə görə adam döydürüb. Onlar buna layiq idilər, ailənin içi olan 3 nəfər idi. Mənə qarşı səhv hərəkət etmişdilər. Anam da onların payını verdirdi”.Onun açıqlaması birmənalı qarşılanmayıb və sosial şəbəkədə tənqid edilib.
Oxşar xəbərlər
Təranə Səmədova Rəqsanənin döydürdükləri arasında olub? - Aysunun açıqlamasına CAVAB - VİDEO
Prodüser Təranə Səmədova illərdir düşmən münasibətində olduğu Rəqsanə İsmayılovanın döydürdüyü şəxslərin içində olmadığını deyib.BAKU.WS xəbər verir ki, Səmədov...
