Gürcüstanda qəflətən dünyasını dəyişən Zeynəb intihar edib? - Yaxını danışdı
28
sen
2018
13:56
"Sağlam Düşüncə" Gənclər Təşkilatının İdarə heyətinin üzvü Zeynəb Vəlizadə qəflətən vəfat edib. O, Bakı Mühəndislik Universitetinin 3-cü kurs tələbəsi olub. Onun ölümü ilə bağlı sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında çıxan xəbərlər yaxınlarının qəzəbinə səbəb olub. BAKU.WSxəbər verir ki, bununla bağlı big.az-a mərhum Zeynəb Vəlizadənin dostu Nicat Hüseynov danışıb. O bildirib ki, Zeynəb haqda çıxan xəbərlərin bir çoxu yalnışdır: "Guya deyirlər ki, Gürcüstanda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Hələ ekspertizanın cavabı çıxmayıb. Hadisə şahidləri dindirilməyib. Necə bu maddə ilə cinayət işi açıla bilər? Zeynəbin intihar edə bilmə ehtimalı ümumiyyətlə yoxdur. Sadəcə anidən halı pisləşib, təcili tibbi yardım gələnə kimi də keçinib. Ailəsi hazırda Gürcüstandadır. Hələlik bildiklərimiz bunlardır". Nicat Hüseynov bildirib ki, Zeynəb çox səmimi bir insan olub: "O, pozitiv, gülərüz, işini bilən, savadlı xanım idi. Onun kimi bir dostu itirdiyimə görə çox üzgünəm". BAKU.WS
Oxşar xəbərlər
Gürcüstanda dünyasını dəyişən azərbaycanlı tələbənin ölüm səbəbi bilindi - FOTO
Xəbər verdiyimiz kimi, "Sağlam Düşüncə" Gənclər Təşkilatının İdarə heyətinin üzvü Zeynəb Vəlizadə 21 yaşında vəfat edib.Hadisə Gürcüstan Respublikasında baş ver...